Krespo daha bir il “Parma”da

Krespo daha bir il “Parma”da
XƏBƏR 1 İyul 2011 / 11:35 1674
-  A +

“Argentina” yığmasının sabiq hücumçusu Ernan Krespo növbəti mövsümü də “Parma”da keçirəcək. Qol.Az-ın məlumatına görə, 35 yaşlı forvard italyan klubu ilə müqaviləsini daha bir il uzadıb.

Qeyd edək ki, təcrübəli futbolçu “Parma”ya keçən ilin yayında “Cenoa”dan keçib. Geridə qalan mövsümdə “Parma”nın heyətində 42 oyunda meydana çıxan Krespo rəqib qapılarından 12 top keçirib.

Daha çox


Son xəbərlər