“Sabah”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “KuPS”a qarşı keçirdiyi cavab oyunu yubileylərlə əlamətdar olub.
QOL.az PFL-in saytına istinadən xəbər verir ki, Finlandiyada 2:0 hesabı ilə qalib gələn Bakı klubu avrokuboklarda 10-cu qələbəsini qazanıb.
Qitə miqyaslı turnirlərdə 4-cü mövsümünü keçirən komanda yubiley qələbəsini 18-ci matçında əldə edib. “Sabah” ölkə futbolu tarixində ən azı 10 avrokubok matçında qalib gələn 5-ci komanda olub.
Bu, Azərbaycan klublarının avrokuboklarda səfərdə qazandığı 70-ci qələbə kimi tarixə düşüb. Təmsilçilərimiz rəqib meydanındakı 251 sınaqdan bu qədər qələbə qazanıb.
“Sabah”ın ikinci qolunun müəllifi Coy Lens Mikels avrokuboklarda 10-cu dəfə fərqlənib. Almaniyalı futbolçu buna paytaxt təmsilçisi ilə çıxdığı 16-cı belə matçda imza atıb. Mikels Azərbaycan klublarının heyətində 10 və daha çox qola imza atan 7-ci futbolçu olub. O, Emin Mahmudov və Filip Ozobiçlə eyni sayda fərqlənib.
Qeyd edək ki, cari mövsüm keçirdiyi 4 oyunun hamısında qalib gələn “Sabah” ölkəmizin UEFA reytinqinə 1,000 xal qazandırıb və Konfrans Liqasının liqa mərhələsinə vəsiqəni təmin edib.
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi