Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışını davam etdirən "İnter" Ukraynanın "Metallurq"(Zaporojye) klubu ilə yoxlama görüşünü keçirib. Qol.Az-ın məlumatına görə, "İnter" ilk görüşündə rəqibini 4:0 hesabı ilə darmadağın edib.
Birinci hissənin əvvəlindən qarşılıqlı hücumlar şəraitində keçən oyunun 20-ci dəqiqəsində "Metallurq" futbolçuları Lomayanın qapısına yol tapsa da, görüşün baş hakimi bu epizodda oyundan kənar vəziyyəti qeydə alaraq, qolu saymadı. "İnter" buna Girts Karlsonsun akrobatik zərbəsi ilə cavab verdi, lakin "Metallurq"un qapıçısı komandasını qoldan xilas edə bildi.
Oyunun fasiləsində Kaxaber Sxadadze heyətin 8 üzvünü istirahətə yolladı. Onların yerinə meydana Dmitri Kramarenko, Rüstəm Abbasov, Baçana Tsxadadze, Samir Zərgərov, Xəyal Mustafayev, Ruslan Poladov, Nizami Haciyev və Daniel Genov daxil olublar.
Bu əvəzetmələr oyunun taleyinə təsir göstərib. Artıq 54-cü dəqiqədə Daniel Genovun ötürməsindən sonra Nizami Haciyev hesabı açdı. 11 dəqiqə sonra baxışda olan Rüstəm Abbasov baş zərbəsi ilə hesabı 2:0-a çatdırıb. "Metallurq" özünə gəlməmiş "İnter" üçüncü dəfə fərqləndi. Bu dəfə Ukrayna komandasını Baçana Tsxadadze məyus edib. Görüşün başa çatmasına 3 dəqiqə qalmış isə "İnter"in yeni transferi Samir Zərgərov oyunda nöqtə qoyub.
Qeyd edək ki, "Metallurq" klubu "Neftçi" ilə də yoxlama görüşü keçirmiş və həmin oyunda 0:3 hesabı ilə məğlub olmuşdu.
İspaniya Belçikaya qarşı
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir
"Kəpəz" onu da göndərdi
“Sumqayıt”a yeni baş məşqçi təyin edildi
Almanlar Kloppa nə qədər maaş təklif edib?
Mərakeş qalib olsa, yarımfinala itkilərlə gedə bilər
İsveçrədən Argentina matçına görə xüsusi məşq
"Arsenal"dan yeni transfer
Rafael Markes millinin baş məşqçisi oldu - Rəsmi
Norveç millisi narazı qaldı - Oteli dəyişdirdi
“Turan Tovuz”dan ayrılan futbolçu Rusiya klubunda
Kloppla neçə illik müqavilə imzalanacaq?
"Şəfa" niderlandlı oyunçu transfer etdi
Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı
Aydın Bayramov: "Heç nə həll olunmayıb" - Video
Misir millisində baş məşqçi ilə bağlı qərar
Fransa ilə oyunu buraxacaq
Portuqaliya millisinin yeni baş məşqçisi bilindi
"Rəşad Sadıqov uzaqgörən insandır" - Mircavadov
Yeni transfer "Qarabağ"ın düşərgəsinə nə vaxt qoşulacaq?
Xorvatiya millisinin yeni baş məşqçisi müəyyənləşdi
"Qarabağ"ın "Vestri" üçün heyəti - 3 legioner yoxdur
Ehtiram Quliyev özünə yeni müavin təyin etdi
"Müdafiəçi üçün dubl gözlənilən deyil" - Ruan Renato