"Kəpəz"də daha dörd legioner

"Kəpəz"də daha dörd legioner
XƏBƏR 30 İyun 2011 / 18:10 1874
-  A +

Gündə iki dəfə olmaqla məşqlərə start verən “Kəpəz” komandanı formalaşdırmaq istiqamətində işləri də davam etdirir. Bir neçə yerli futbolçu ilə sıralarını genişləndirən gəncəlilər artıq legionerləri də sınaqdan keçirmək qərarına gəliblər.

Bu barədə Qol.Az-a məlumatı klubun mətbuat katibi Məqsəd Rəhimov verib. Onun sözlərinə görə, Afrikadan baxışa gələn 4 futbolçu ilə bərabər daha 4 legioner də Mehman Allahverdiyevin sərəncamındadır.

“Dünəndən etibarən komandanın məşqlərinə Belorusiyanın Moqilyov şəhərinin “Dnepr” klubunda oynamış, 1986-cı il təvəllüdlü dayaq yarımmüdafiəçisi Anton Qay, Moldovanın “Tiraspol” klubunda oynamış hücumçu, 1989-cu il təvəllüdlü Yuri Bondarçuk qatılıb. Hazırda “Kəpəz”in məşqçilər korpusu futbolçuların fiziki və taktiki vəziyyətlərini yoxlayırlar” deyə Məqsəd Rəhimov əlavə edib.

Klub rəsmisi bu gün daha iki futbolçunun da baxışa dəvət olunduğunu əlavə edib. Bu, Rusiyanın “Ryazan” futbol klubunun şərəfini qorumuş, mərkəz müdafiəçisi, 1980-cı il təvəllüdlü Nelson Leodur. Bundan başqa, Mehman Allahverdiyev Rusiyanın Oryol şəhərinin “Ruciçe” komandasında oynamış 1983-cu il təvəllüdlü Nikolay Cvejinçevi də sınaqdan çıxaracaq.

Daha çox


Son xəbərlər