Misir millisinin sabiq hücumçusu Məhəmməd Salah karyerasını "Beşiktaş"da davam etdirəcək.
QOL.az xəbər verir ki, bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.
Bildirilir ki, 34 yaşlı futbolçu İstanbul təmsilçisi ilə razılığa gəlib.
Salahın 2026/2027 mövsümünü əhatə edəcək müqavilə imzalayacağı, anlaşmada daha bir il uzadılma bəndinin də yer alacağı gözlənilir. Misirli futbolçu mövsümə görə 10 milyon avro maaş alacaq. Müqavilədə əlavə 2 milyon avro məbləğində bonuslar da nəzərdə tutulub.
Qeyd edək ki, "Beşiktaş" ötən mövsüm Türkiyə Superliqasını 4-cü pillədə başa vuraraq Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanıb.
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır