Rusiyanın "Volqa" klubunun prezidenti Aleksey Qoyxman Azərbaycan millisinin hücumçusu Vaqif Cavadovu transfer etmələrinə münasibət bildirib. Qol.Az-ın məlumatına görə, Qoyxman klubun rəsmi saytına açıqlamasında Vaqif haqda xoş sözlər deyib:
"Cavadov çox perspektivli futbolçudur. Onun "Tvente"dəki karyerası zədə səbəbindən uğurlu alınmadı. Bununla belə, Stiv Maklaren də futbolçunu komandaya elə belə çağırmazdı. Onu da qeyd edim ki, Cavadov Hollandiyaya məhz "Qarabağ"dakı çıxışı sayəsində transfer olunmuşdu.
Hansı ki, bu komanda son illər azarkeşlərin ən sevimli komandasına çevrilib. Bu, bir daha Vaqifin istedadlı bir oyunçu olmasını təsdiq edir. Düşünürəm ki, Vaqif Cavadovun Rusiya Premyer Liqası klubuna transferi onun öz karyerasında da önəmli addımdı. Məşqçilərimiz də ondan razıdır. Vaqif bizə lazımlı futbolçudur"
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq