Ramin Musayev: “Hər iki təmsilçimizin qalib gələcəyinə inanıram”

XƏBƏR 30 İyun 2011 / 13:32 1537
-  A +

Həm “Qarabağ”, həm də AZAL-a uğurlar arzulayıram. Hər iki təmsilçimizin qalib gələcəyinə inanıram”. Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib

Musayev bu gün Avroliqanın birinci təsnifat mərhələsində ilk oyunlarını keçirəcək “Qarabağ” və AZAL-ın şanslarını yüksək qiymətləndirib: “Məncə, komandalarımızın qalib gəlmək imkanları var. Hər ikisinin şanslarını yüksək qiymətləndirirəm. İnanıram ki, gözəl nəticələrlə xalqımızı sevindirəcəklər”.

Son xəbərlər