"Dinamo" - "Neftçi" matçı 34 yaşlı referiyə tapşırıldı

"Dinamo" - "Neftçi" matçı 34 yaşlı referiyə tapşırıldı
XƏBƏR 29 İyun 2011 / 23:08 1848
-  A +

Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi"nin Zaqreb "Dinamo"su ilə iyulun 13-də Xorvatiya paytaxtında keçirəcəyi ilk görüşün baş hakimi də müəyyənləşib. Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu, fransalı referi Antoni Qotyedir.

2010-cu ildən beynəlxalq dərəcəli hakimliyə başlayan Qotye bu il 3-cü dərəcədən 1-ci dərəcəyədək yüksəlməyi bacarıb. 34 yaşlı referinin köməkçiləri hələlik məlum deyil.
 
Qeyd edək ki, Zaqrebdəki "Maksimir" stadionunda keçiriləcək "Dinamo" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Son xəbərlər