Argentinanın ən köklü klublarından olan "River Pleyt"ə 20 oyunluq cəza veriləcəyi gözlənilir. Qol.Az-ın məlumatına görə, buna "River Pleyt"in azarkeşlərinin "Belqrano" ilə "pley-off" matçından sonra etdikləri yaramazlıq səbəb olub.
"River Pleyt"in aşağı diviziona yuvarlanmasından sonra klubun azarkeşləri 50-dən çox polisi yaralamış, görüntüləri yayımlayan kameramanlara hücum çəkmiş və şəhərin küçələrini viran qoymuşdular. Bütün bunları nəzərə alan Argentina Futbol Federasiyası "River Pleyt"i 20 oyunluq doğma meydanından məhrum etməyi planlaşdırır.
Bu isə "River Pleyt"in mövsüm boyu öz meydanında oyun keçirə bilməməsi anlamına gəlir. Tarixi ərzində 33 dəfə ölkə çempionu olan "River Pleyt"in aşağı liqada çempionata mənfi xalla başlayacağı da gözlənilir.
Qeyd edək ki, "River Pleyt" tarixi ərzində ilk dəfədir ki, aşağı divizionda çıxış edəcək.
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi