"Neftçi"nin əvəzedici heyətində iki dəyişiklik

XƏBƏR 29 İyun 2011 / 18:19 1603
-  A +

"Neftçi"nin əvəzedici heyətinə yeni baş məşqçi təyin olunub. Qol.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bundan sonra əvəzediciləri baş məşqçi Elşad Əhmədov çalışdıracaq.

Qeyd edək ki, bu, əvəzedicilərdə yeganə dəyişiklik deyil. Belə ki, qapıçılarla işləyən məşqçi Hüseyn Məhəmmədov bu vəzifəni "Neftçi" Uşaq və Gənclər Futbol Məktəbində yerinə yetirəcək. O, aşağı yaş qrupları üzrə komandaların qapıçılarla işləyən məşqçisi olacaq.

Əvəzedici komandada Məhəmmədovu oynayan məşqçi kimi Vitali Kovalyov əvəzləyəcək.

Son xəbərlər