ABŞ prezidenti Barak Obama İspaniyanın “Barselona” klubunun və Argentina milli komandasının futbolçusu Lionel Messi ilə özü arasında oxşarlıq tapıb. Qol.Az-ın məlumatına görə, Obama Amerika Futbol Liqasının (MLS) qalibi olan “Kolorado Repids”i iyunun 28-də Ağ Evdə qəbul edib.
Təntənəli hissədə bir nəfər Obamaya yaxınlaşaraq ona “Repids”in 10 nömrəli formasını təqdim edib. Prezidentə xatırladıblar ki, 10 nömrəli formanı adətən, komandanın lideri daşıyır. Özünü itirməyən Obama indi özünü Lionel Messi kimi hiss etdiyini söyləyib. “Biz Messi ilə eyni səviyyədəyik” deyə, dünyanın ən qüdrətli ölkəsinin prezidenti bildirib.
Qeyd edək ki, Avropa qitəsinə nəzərən ABŞ-da futbol elə də böyük populyarlığa malik deyil. Bu ölkədə adi futboldan fərqlənən Amerika futbolu adlı oyuna üstünlük verilir. Ona görə də dünya futbolunun ulduzunu ABŞ prezidentinin də tanımasına çoxları təəccüblənib.
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi