"Tvente"dən yenə Cavadovsuz darmadağın

"Tvente"dən yenə Cavadovsuz darmadağın
XƏBƏR 29 İyun 2011 / 01:45 2102
-  A +

Hollandiyanın "Tvente" klubu qarşıdakı mövsümə hazırlıq öncəsi üçüncü, yeni baş məşqçi Ko Adriansenin rəhbərliyi altında ilk oyununu keçirib. Qol.Az-ın məlumatına görə, rəqib həvəskarlardan ibarət "Markelo" komandası olub. 

Görüş "Tvente"nin 12:0 hesablı qələbəsi ilə yekunlaşıb. Adrianse oyun ərzində 22 futbolçunun xidmətindən yararlanıb. Lakin onların arasında Azərbaycan yığmasının üzvü Vaqif Cavadov olmayıb.

Qeyd edək ki, Cavadov "Tvente"nin əvvəlki 2 yoxlama matçında da çıxış etməyib.

Son xəbərlər