"Dinamo" "Rujomberok"a qalib gəldi

"Dinamo" "Rujomberok"a qalib gəldi
XƏBƏR 28 İyun 2011 / 23:21 1742
-  A +

Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Xorvatiyanın "Dinamo" klubu daha bir yoxlama matçı keçirib. Qol.Az-ın Zaqreb təmsilçisinin rəsmi saytına istinadən yaydığı xəbərə görə, rəqib ötən mövsüm Slovakiya çempionatını 7-ci pillədə başa vurmuş "Rujomberok" komandası olub.

Oyun "Dinamo"nun qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qol ikinci hissədə vurulub. 47-ci dəqiqədə Vrsaljko hesabı açıb. 56-cı dəqiqədə isə Yaroslav Kostelnı topu öz qapısına göndərib.    

Zaqreb komandasının baş məşqçisi Krunoskav Yurçiç start heyətində qapını İvan Kelavaya etibar edib. Mərkəz müdafiəçiləri mövqeyində Tonel və Leandro Kufre çıxış edib. Luis İbanyes solda, Şime Vrsaljko sağda yer alıb. Dayaq yarımmüdafiəçiləri qismində Yerko Leko ilə Milan Badelj, orta xəttin cinahlarında Sammir və Mehmed Alispahiç, hücumda isə Fatoş Beçiray və İvan Krstanoviç oynayıb. İkinci hissədə Yurçiç onların hamısını dəyişib. 46-cı dəqiqədə Sammiri Mateo Kovaçiç, 54-cü dəqiqədə Toneli Ariyan Ademi, 60-cı dəqiqədə isə Kelavanı Filip Lonçariç, Vrsaljkonu İvan Tomeçak, Kufreni Domaqoy Vida, İbanyesi Antun Paliç, Lekonu Adrian Kalelyo, Badelji Matias Çaqo, Alispahiçi Mario Şitum, Beçirayı Yakub Silvestr, Krstanoviçi isə Ante Rukavina əvəzləyib.  


Son xəbərlər