- İlk olaraq oyun barədə fikirlərinizi bilmək istərdik.
- Mənim üçün əsas təlim-məşq prosesidir. “Ayntraxt”a qarşı oyun mənim üçün o qədər də vacib deyildi. Amma buna baxmayaraq oyunun nəticəsi məni qane etdi. Çünki birinci hissənin ilk 20 dəqiqəsindən sonra komanda yaxşı, təşkilatlanmış futbol oynadı. Yığmanın üzvlərinə Bundesliqada çıxış edən futbolçulara qarşı oynamaq çox vacib idi. Çünki Küveyt və Özbəkistanla görüşlərlə müqayisədə oyunun tempində böyük fərqlər var idi.
- Məğlubiyyətimizin əsas səbəbi nə oldu?
- Rəqibimiz tam başqa səviyyəli oyun nümayiş etdirdi. Beynəlxalq səviyyəli qarşılaşmalarda səhv buraxmaq olmaz.
- Razı qaldığınız və qalmadığınız futbolçular oldumu?
- Mən futbolçularım barədə mətbuata açıqlama verməyi sevmirəm. Bununla belə, qeyd edim ki, ilk 20 dəqiqədən sonra bütün futbolçular yaxşı oynadılar. Özləri də bunu gördülər. Bu oyun futbolçularım üçün yaxşı dərs oldu.
- Sürətli futbol oynayan komandaya qarşı oyunda futbolçuları sınayacağınızı demişdiniz. Futbolçular yüksək templi oyuna hazırdırlarmı?
- Hazırkı məqamda onlar bu cür oyunlara tam hazır deyillər. Növbəti təlim-məşq toplanışı martın 16-dan 19-na qədər Bakıda keçiriləcək. Hesab edirəm ki, həmin toplanışdan sonra onlar buna hazır olacaqlar.
- Təlim-məşq toplanışı barədə fikriniz necədir?
- AFFA rəhbərliyinə minnətdarlıq edirəm ki, bizə belə şərait yaradıblar. Bu toplanış həm biz məşqçilərə, həm də futbolçulara böyük xeyir verdi. Bundan başqa Azərbaycanda işləyən klub məşqçilərinə də futbolçularını yığmaya buraxdıqlarına görə minnətdaram.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar
İnfantino milyonlarla dollar mənimsəyib - İddia