Yeni mövsümün hazırlıqlarına start verən "Bakı" klubu təlim-məşq toplanışı üçün artıq Sloveniyaya yola düşüb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı-İstanbul-Lyublyana marşrutu ilə hərəkət edəcək "Bakı" sabah səhər saatlarında məskunlaşacağı Krainska Qora şəhərinə çatacaq.
Bu arada komandanın Sloveniyada planlaşdırdığı yoldaşlıq oyunlarının saatı da açıqlanıb. İyulun 2-də keçiriləcək "Domjale"-"Bakı" qarşılaşması yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 23:00) baş tutacaq.
İyulda rəqib isə Xorvatiya çempionu "Dinamo" (Zaqreb) klubu olacaq. Adıçəkilən oyunun start fiti isə iyulun 5-də, saat 18:00-da (Bakı vaxtı ilə 21.00) veriləcək.
Qeyd edək ki, "Dinamo"nun "Bakı" ilə görüşü həm də Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan çempionu "Neftçi" ilə oyunöncəsi son sınağı olacaq.
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi