"Neftçi"nin yarımmüdafiəçisi Rəşad Abdullayev klubun rəsmi saytına müsahibə verib. Qol.Az-ın məlumatına görə, təcrübəli futbolçu Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki "Neftçi"nin rəqibi olan Zaqreb "Dinamo"sunu dəyərləndirib:
- Çempionlar Liqasında "Neftçi"ni şərəfli və məsuliyyətli sınaq gözləyir. Komanda Zaqreb "Dinamo"su ilə oyuna necə hazırlaşır?
- Düşünürəm ki, avrokuboklara vəsiqə qazanan hər bir komanda qitə arenasında layiqli çıxış etmək üçün əlindən gələni edir. Komandalar bütün mövsümboyu daxili çempionatda məhz Avropaya çıxmaq, titul qazanmaq üçün böyük işlər görür. Bizim əsas hədəfimiz Avropada uğurla çıxış etməkdir. Bunun üçün rəqibin kimliyi bizi düşündürmür. Hazırlıqlarımız yüksək səviyyədə keçir. Artıq Türkiyədəki hazırlıq prosesi arxada qalıb. Növbəti təlim-məşq toplanışı isə Avstriyada olacaq.
- İlk oyunun səfərdə olması "Neftçi" üçün müsbət haldır?
- Futbolda əvvəllər qarşılaşmadığın rəqiblə ilk matçı səfərdə keçirmək daha əlverişlidir. Mən bu komandaya qarşı avrokuboklarda mübarizə aparmışam. Həmin görüşlərdə "Dinamo" açıq futbola üstünlük verən komanda təsiri bağışlayırdı. Ancaq eyni zamanda yaxşı müdafiə olunurlar. Son mövsümdə onların heyətində təcrübəli futbolçularla yanaşı, xeyli sayda gənc oyunçu çıxış edir.
Bunun səbəbi isə Zaqreb klubunun əsas məqsədlərindən biri gənc futbolçuları yetişdirərək, Avropa ölkələrinə satmaq olmasıdır. Bunun üçün onlar qitəmiqyaslı yarışlarda hər zaman uğurla çıxış etməyi hədəfləyirlər. Ümumiyyətlə, ilk oyunda qazanılacaq nəticədən çox şey asılıdır. Biz meydanda var gücümüzlə mübarizə apararaq, baş məşqçimizin tapşırıqlarını meydanda həyata keçirə bilsək, Bakıya sərfəli hesabla qayıdacağımıza inanıram.
- "Dinamo"nun azarkeşləri Avropada ən çılğın fanat ordularından biri kimi ad çıxarıb. Bu amil futbolçularımıza təsir edə bilərmi?
- Mən "Maksimir" stadionunun atmosferi ilə yaxından tanışam. Onlar oyunun ilk 15 dəqiqəsində doğma komandalarını çılğıncasına dəstəkləyirlər. Məhz buna görə onların azarkeşləri Avropada ən güclü fanat ordularından biri hesab olunur. Ancaq rəqib layiqli futbol nümayiş etdirdiyi zaman, qonaq komandanı alqışlamağı da unutmurlar.
Birdə ki, orada stadionun tribunaları yaşıl meydandan çox aralıdır. Azarkeş dəstəyinin futbolçularımıza təsir edəcəyini düşünmürəm. "Neftçi"nin heyətində öz yığma komandalarında çıxış edən bir çox təcrübəli futbolçu yer alır. Çalışacağıq ki, Çempionlar Liqasında gözəl oyun göstərib, azarkeşlərimizə sevinc hisləri bəxş edək.
Ronaldo 6-cı, Messi 11-ci oldu
Mateta "Yuventus"a keçir
Milli narazı qaldı, CAF-a şikayət ünvanladı
"Atletiko"dan həm qələbə, həm antirekord
Ərəblərdən 18 yaşlı futbolçuya 40 milyonluq təklif var
"Liverpul" İtaliya klubunun müdafiəçisini hədəfə aldı
Millimizin üzvü oynadı, komandası qalib gəldi
Əfsanəvi futbolçunun oğluna "Ayaks"da vəzifə verildi
Emrelinin komandası əzmkar qələbə qazandı
Bu matçda qapılara 3 avtoqol vuruldu - Video
"Beşiktaş"ın futbolçusu millinin oyununda sıradan çıxdı
"Mənə xoş münasibət bəslənilməyən yerdə oynamaq istəmirəm"
“Real”ın qapıçısı İngiltərə klubuna keçə bilər
"Mançester Siti"dən La Liqa klubuna - Rəsmi
"Qəbələ" 7 qolla qalib gəldi
"Bu müddətdə möcüzə yaratmaq mümkün deyil" - Andrey Demçenko
"Araz-Naxçıvan"dan darmadağın
Xabi Alonso Bundesliqa klubunu çalışdıra bilər
“Qarabağ” 2 futbolçu üçün rəsmi təklif göndərdi
Mourinyodan “Real”la bağlı iddialara - Maraqlı cavab
Mbappe Anrini geridə qoydu
Arbeloa: "Peresi tənqid edənlər “Real”ı sevməyənlərdir”
Azərbaycan millisinin 2-ci rəsmi qolu - Video
Afrika Millətlər Kubokunun qalibi müəyyənləşir
“1000-ci qolu vurmaq üçün ən zəif liqada da oynayar”
“Fənərbaxça”dan nümunəvi addım
"Qarşıda bizi çox iş gözləyir" - Rəşad Eyubov
"Qalatasaray"ın xal itkisi - Video
500 min avroluq saatları oğurlandı
"Qalatasaray" heç-heçə etdi, "Başakşehir" qalib gəldi
"Bavariya"dan darmadağın, "Borussiya"dan qələbə
"Barselona"nın baş məşqçisi futbolçularına xəbərdarlıq edib
Afrika Millətlər Kubokunun bürünc mükafatçısı bəlli oldu
FİFA prezidentinin maaşı 4 dəfə artıb
“Bavariya” 17 yaşlı futbolçu üçün hərəkətə keçdi
"Çelsi" evdə qələbə qazandı
"Tottenhem" baş məşqçisi ilə yollarını ayırır?
“Turan Tovuz” ev oyunlarını yenə Bakıda keçirəcək
“Neftçi”də yeni transfer olacaq? - Yuri Vernidub danışdı
Millinin etirazı təmin olundu - Məşq stadionu dəyişdirildi
Mbappe bu göstəricidə yalnız Ronaldodan geri qalır
"Real" "Levante"yə qalib gəldi