Sabiq “Barselona”lı karyerasını başa vurdu

Sabiq “Barselona”lı karyerasını başa vurdu
XƏBƏR 28 İyun 2011 / 12:10 2235
-  A +

Braziliya yığması, “Barselona” və “Çelsi”nin sabiq müdafiəçisi Julyano Beletti futbolla vidalaşmaq istəyir. Qol.Az-ın məlumatına görə, 35 yaşlı futbolçu qasığındakı xroniki zədə səbəbindən karyerasını başa vurmaq qərarına gəlib.

Qeyd edək ki, Belettinin son klubu Braziliyanın “Seara” klubu olub. Təcrübəli futbolçu 2006-cı ildə “Barselona” ilə Çempionlar Liqasını qazanıb. Hətta “Arsenal”la final matçında kataloniyalıların qələbə qoluna məhz “sambaçı” imza atıb.

Son xəbərlər