Bu gün “Qəbələ”nin 13 yaşadək futbolçularından ibarət komandası Ukraynanın paytaxtı Kiyevdə beynəlxalq “Obolon-2011” turnirində ilk oyununu keçirib. Qol.Az-ın məlumatına görə, yeniyetmə futbolçular ilk oyunlarını “Obolon” klubuna məxsus bazanın meydançasında keçirib və yarışa gözəl qələbə ilə başlayıb.
U-13 komandası Çerkası şəhərinin “Yavor” klubuna 6:0 hesabı ilə qalib gəlib. Oyunu başdan sona qədər üstünlüklə keçirən komandada qolların 3-nə Fərid Nəbiyev imza atıb. Digər qolları isə Azər İsmayılov, Elvin Həsənov və Baxşəli Baxşalıyev öz aktivlərinə yazıblar. Qeyd edək ki, güclü yağış sonadək oyunu müşayiət edib.
Hüseynqulu Quliyevin komandası sabah turnirdə ikinci oyunlarını keçirəcəklər.
Rəqib “Polesye” (Jitomir) olacaq. Turnirin rəsmi açılış mərasimi isə bu günlərdə Ukraynada gənclər bayramı ilə əlaqədar olaraq verilən tətilə görə iyun ayının 29-na təyin edilib. Mərasim “Obolon-Arena” stadionunda baş tutacaq. Rəsmi və bədii hissədən sonra açılış oyununda “Qəbələ” yerli “Smena” ilə üz-üzə gələcək. İyulun 1-nə təyin edilən final matçı da “Obolon” klubunun əsas meydançası sayılan “Obolon-Arena”da olacaq. Ümumilikdə turnirdə Ukraynadan başqa, Rusiya, Belarus, Moldova və s. ölkələrin təmsilçiləri iştirak edirlər.
1998-ci il təvəllüdlü futbolçuların yarışında “Qəbələ” ilə yanaşı, “Smena”, “Obolon”, “Arsenal” (hamısı Kiyev), eləcə də “Dinamo” (Mahaçqala) qələbəyə əsas namizədlər sayılırlar.
Sonda xatırladaq ki, ötən mövsümün 13 yaşadək futbolçulardan ibarət “Qəbələ” komandası Azərbaycan çempionu adını qazanıb.
Ölkə birinciliyinin əsasnaməsinə görə, bu yaş qrupu hər biri 20 dəqiqədən ibarət olmaqla yarı meydançada oynamalı və matça 9 futbolçu ilə başlamalıdır. Amma “Obolon-2011” turnirində oyunlar böyük futbol qaydaları çərçivəsində keçirilir, yalnız hissələr 45 yox, 30 dəqiqədən ibarətdir.
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”