Zidan "Real"a futbolçu transfer etdi

Zidan "Real"a futbolçu transfer etdi
XƏBƏR 28 İyun 2011 / 01:22 2598
-  A +

İspaniyanın "Real" klubu növbəti transferini həyata keçirib. Qol.Az-ın məlumatına görə, "kral klubu" Fransa "Lans"ı ilə Rafael Varanın keçidi ilə bağlı razılığa gəldiyini açıqlayıb.

18 yaşlı müdafiəçi ilə 6 mövsümlük müqavilə bağlanılıb. Onu "Real"ın məşqçilər heyətinə klubun idman direktoru Zinəddin Zidan məsləhət görüb. Bu keçid üçün madridlilər "Lans"a 9 - 10 milyon avro ödəyəcəklər. Varan ilk ilində 1 milyon avro alacaq. Növbəti il onun əmək haqqı 200 min avro da artacaq.

Qeyd edək ki, Rafael Vananın rəsmi təqdimatı avqustun 24-də olacaq.

Daha çox


Son xəbərlər
18.07.25  11:38

İsveçdə son oyun