FİFA da Azərbaycanla Ermənistanı ayırdı

FİFA da Azərbaycanla Ermənistanı ayırdı
XƏBƏR 27 İyun 2011 / 22:52 2708
-  A +

2014-cü il dünya çempionatının püşkatma mərasimi zamanı Avropa zonasında 4 ölkə siyasi motivlərlə əlaqədar bir-birindən ayrılacaq. Qol.Az-ın məlumatına görə, bu barədə qərarı FİFA UEFA-nın xahişi ilə qəbul edib. 

Belə ki, Rusiya Gürcüstanla, Azərbaycan isə Ermənistanla eyni qrupa salınmayacaq. Qalan qitələrin futbol qurumlarından heç biri FİFA-ya analoji xahişlə müraciət etməyiblər. UEFA Avro-2012-nin seçmə mərhələsinin püşkü atılarkən də bu prinsipə riayət edib.

Rusiya və Gürcüstanın münasibətlərindəki soyuqluq Cənubi Osetiya, Azərbaycan və Ermənistan arasındakı münaqişə isə Dağlıq Qarabağ problemi ilə bağlıdır. Avro-2008-in seçmə mərhələsində Azərbaycan və Ermənistan eyni qrupa düşsələr də, UEFA iki ölkə yığması arasındakı oyunların keçirilməməsinə qərar vermişdi.
 
DÇ-2014-ün seçmə turnirinin püşkü iyulun 30-da atılacaq. Püşk zamanı Rusiya 2-ci, Gürcüstan və Ermənistan 4-cü, Azərbaycan isə 5-ci səbətdə olacaq.

Daha çox


Son xəbərlər
18.07.25  11:38

İsveçdə son oyun