"Bayer" (Leverkuzen) klubunun çilili futbolçusu Artur Vidalı transfer etmək istəyən komandaların sayı durmadan artır. Qol.Az-ın məlumatına görə, "Bavariya" və "Milan"dan sonra "Arsenal" da klubu Vidala elçi düşüb.
Fabreqas və Nəsri kimi futbolçularını itirmək təhlükəsi ilə üzləşən "Arsenal" uzun müddət idi ki, bu oyunçularına alternativ axtarırdı.
"Arsenal"ın baş məşqçisi Arsen Venger də məhz Vidalı komandası üçün daha münasib görüb. Artıq ingilis klubunun "Bayer"lə danışıqlara başladığı da bildirilir.
Qeyd edək ki, 2012-ci ilə qədər "Bayer"lə müqaviləsi olan Vidalı transfer etmək istəyən komanda 15 milyon avro təzminat ödəməli olacaq.
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”