“Qarabağ”ın hazırlıq planı bəlli oldu

“Qarabağ”ın hazırlıq planı bəlli oldu
ÖLKƏ FUTBOLU 9 İyun 2026 / 20:49 1174
-  A +

“Qarabağ”ın 2026/2027 mövsümünə hazırlıq planı bəlli olub.

QOL.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Sabah, iyunun 10-da Bakıda bir araya gələcək komanda hazırlığın ilk mərhələsini paytaxtda keçəcək. Bu mərhələ iyunun 22-dək davam edəcək.

“Qarabağ” iyunun 22-də Avstriyaya yollanacaq. Komanda hazırlığın ikinci mərhələsini Tirol əyalətində keçirəcək. Avstriya toplanışı iyulun 2-dək davam edəcək.

Təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Ağdam təmsilçisi iyunun 27-də Bolqarıstanın ÇSKA (Sofiya) klubu ilə qarşılaşacaq. Görüş yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 19:00) başlayacaq.

“Qarabağ” iyulun 1-də iki görüşə çıxacaq. Komanda toplanışda ikinci yoxlama matçını iyulun 1-də Ukraynanın “Metallist” komandasına qarşı keçirəcək. Oyun yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə saat 15:00) start götürəcək. Avstriya hazırlığında son rəqib "Ferentsvaroş" olacaq. Macarıstan təmsilçisi ilə qarşılaşma yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00-da) başlayacaq.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner