"Anji" qələbəni əldən verdi

"Anji" qələbəni əldən verdi
XƏBƏR 27 İyun 2011 / 00:20 2006
-  A +

Rusiya Premyer Liqasında 2-ci dövrəyə start verilib. Qol.Az-ın məlumatına görə, azərbaycanlı mütəxəssis Vaqif Sadıqovun məşqçi kimi çalışdığı "Anji" klubu 16-cı turda "Krasnodar"ın qonağı olub.

İlk yarıda Aleksey İvanovun qolu ilə öndə olan Mahaçqala komandası fasilədən sonra üstünlüyünü qoruya bilməyib. 61-ci dəqiqədə Marsiu hesabı bərabərləşdirib. Bundan 6 dəqiqə sonra Andrey Mixeyev "Krasnodar"ı irəli çıxarıb. Lakin "Anji" 79-cu dəqiqədə Benua Anqbvanın qolu ilə matçın yekun nəticəsini müəyyənləşdirib - 2:2.
 
"Spartak"ın "Rostov"a 3:2 hesabı ilə qalib gəldiyi görüşdə azərbaycanlı yarımmüdafiəçi Emin Mahmudov 64-cü dəqiqədən sonra meydançada olub. "Dinamo"nun "Lokomotiv"i 4:1 hesabı ilə darmadağın etdiyi qarşılaşmada isə Aleksandr Səmədov 90 dəqiqəni əvəz olunmadan keçirib.

16 turdan sonra "Anji" 27 xalla 4-cü pillədə qərarlaşıb. "Dinamo" 29 xalla 3-cü, "Spartak" 24 xalla 7-cidir. Turnir cədvəlinə 34 xalla MOİK başçılıq edir. "Hərbçilər"in ehtiyatda bir oyunu da var. "Zenit" isə 30 xalla 2-ci yeri tutur.

Daha çox


Son xəbərlər
18.07.25  11:38

İsveçdə son oyun