Azərbaycan millisi San Marinoya qalib gəldi

Azərbaycan millisi San Marinoya qalib gəldi
ÖLKƏ FUTBOLU 9 İyun 2026 / 23:54 8689
-  A +

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan yığması bu gün hazırlıq prosesi çərçivəsində ikinci yoxlama oyununa çıxıb. 

QOL.az xəbər verir ki, millimiz San Marino ilə üz-üzə gəlib. Macarıstandakı “Haladaş” stadionunda keçirilən qarşılaşma Azərbaycan yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hazırda Azərbaycan millisi FİFA reytinqində 124-cü, San Marino isə 211-ci pillədə qərarlaşıb. 

Xatırladaq ki, Azərbaycan millisi Avstriya toplanışındakı ilk matçında Maltaya uduzub - 0:2.

Yoxlama oyunu

9 iyun

22:00. Azərbaycan - San Marino - 2:1

Qol: Nanni, 9 (0:1), Rəhman Daşdəmirov, 27 (1:1), Renat Dadaşov, 49 (2:1)
Baş hakim: Marton Ruş (Macarıstan)
Sombatxey, “Haladaş” stadionu


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner