İyunun 9-da Türkiyənin Ankara şəhəri yaxınlığındakı Qızılcahamda təlim-məşq toplanışında olan «Qarabağ» 18 günlük hazırlıq prosesini bu gün başa vurub.
Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, komanda sabah Litvaya yola düşəcək.
Baş məşqçi Qurban Qurbanov oyuna adı UEFA-ya göndərilmiş sifariş siyahısında olan 23 futbolçudan 20-ni aparacaq.
«Qarabağ»ın mətbuat xidmətiin rəhbəri Nurlan İbrahimovun Qol.Az-a verdiyi məlumata görə, aşağı yaş qruplarından əsas komandaya cəlb edilmiş Elgiz Kərəmli, Kamil Hüseynov, eləcə də Murad Səttarlı ilk matçda oynamayacaqlar.
Ankara - İstanbul - Riqa reysiylə yola düşəcək heyət Latviyanın paytaxtından Litvanın Klaypeda şəhərinə hərəkət edəcək. Oyunun keçiriləcəyi Qarjdaidən 25 km aralıda yerləşən oteldə məskunlaşacaq komandamız oyun gününə kimi 2 dəfə məşqə çıxacaq.
İyunun 30-da yerli vaxtla 18:30-da (Bakı vaxtıyla 20:30) «Banqa»nın qonağı «Qarabağ» ertəsi gün vətənə qayıdacaq.
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur