İspaniya Avropa çempionu oldu

İspaniya Avropa çempionu oldu
XƏBƏR 26 İyun 2011 / 02:11 2192
-  A +

Danimarkada təşkil olunmuş gənclər arasında Avropa çempionatına yekun vurulub. Qol.az-ın məlumatına görə, finalda İspaniya və İsveçrə yığmaları üz-üzə gəlib. 

İspaniya millisi 2008-ci il böyüklər arasında Avropa çempionatında olduğu kimi, 21 yaşlılar arasında qitə birinciliyində də qalib adını qazanıb. Qolları Ander Errera (41) və Tiaqo Alkantara (81) vurub. 

3-cü yer uğrunda görüşdə isə Belarus Çexiyanı minimal hesabla məğlub edib. Yeganə topu 88-ci dəqiqədə Yeqor Filipenko vurub. Bu qoladək 76-cı dəqiqədə Çexiya Lukaş Vaxanın meydançadan qovulması ilə əlaqədar 10 futbolçu ilə qalıb. 

Bu nəticələrdən sonra İspaniya, İsveçrə və Belarus 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar.  

Son xəbərlər
18.07.25  11:38

İsveçdə son oyun