"Minsk" heç-heçə etdi

XƏBƏR 26 İyun 2011 / 02:35 2113
-  A +

Balarus çempionatında 15-ci turun oyunlarına yekun vurulub. Qol.Az-ın məlumatına görə, Azərbaycan təmsilçisi AZAL-ın Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Minsk" klubu Jodino şəhərində çempionatın mükafatları uğrunda mübarizə aparan "Torpedo"nun qonağı olub.

Avroliqanın II təsnifat mərhələsində mübarizə aparmış komanda ilə görüş heç-heçə nəticələnib - 2:2. Artyom Soloveyin 7-ci və 23-cü dəqiqələrdə vurduğu qollarla hesabda önə çıxan "Torpedo" fasilədən sonra qapısından 2 qol buraxıb. 57-ci dəqiqədə İqor Voronkov fərqi azaldıb, 67-ci dəqiqədə isə Anton Ryabtsev topu öz qapısına vurub.

15 turdan sonra "Torpedo" 20 xalla 5-ci, "Minsk" isə 18 xalla 8-ci pillədədir.

Son xəbərlər
18.07.25  11:38

İsveçdə son oyun