Bundesliqa klubu ilə heç-heçə

Bundesliqa klubu ilə heç-heçə
XƏBƏR 26 İyun 2011 / 02:00 2400
-  A +

Avstriyanın Fulpmes şəhərciyində hazırlığını davam etdirən "Xəzər Lənkəran" iyunun 25-də Almaniyanın II Bundesliqa təmsilçisi “Dinamo” (Drezden) komandası ilə ilk yoxlama oyununa çıxıb. Qol.Az-ın Lənkəran təmsilçisinin rəsmi saytına istinadən yaydığı xəbərə görə, Neustift şəhərciyindəki meydanda keçirilən oyun qolsuz heç-heçə ilə yekunlaşıb.

Azərbaycan Kubokunun sahibinin start heyətində bu futbolçular yer alıb: 
Kamal Bayramov, Elnur Allahverdiyev (k), Manuel Skarlatake, Elvin Beqiri, Rahid Əmirquliyev, Elnur Abdullayev, Katalin Doman, Dieqo Souza, Andrey Mureşan, Onofranş və baxışda olan futbolçu (klubla müqavilə bağlanmadığından adı açıqlanmır).
 
İlk dəqiqələrdən topa sahib olan “Xəzər Lənkəran” ilk 15 dəqiqə ərzində ərazi üstünlüyünü də ələ keçirərək tək toxunuşlu ötürmələrlə rəqibindən üstün oyun sərgiləyib. 15-ci dəqiqədə baxışda olan futbolçunun qüvvətli zərbəsini rəqib qapıçı çətinliklə kornerə çıxarıb. "Xəzərə Lənkəran"lı futbolçuların bir-biri ilə yaxşı anlaşması sayəsində Bundesliqa təmsilçisi demək olar ki, bir dəfə də olsun komandamızın qapısı önündə real qol vəziyyəti yarada bilməyib. Əksinə, ilk hissənin sonuna 5 dəqiqə qalmış bu dəfə Katalin Doman qola yaxın olub. Lakin “Dinamo”nun qolkiperi yenə də yaxşı oynayaraq qola imkan verməyib. İkinci hissə də rəqib komandanın heyətində olan çoxsaylı dəyişiklər qarşısında baş məşqçi Mirça rednik Şəhriyar Xəlilov, Orxan Sadıqlı, Alim Qurbanov, Tosin Dosunmu dəyişikliklərinə əl atıb. Rəqibin önündə sona qədər kombinasiyalı və sabit oyun sərgiləyən “Xəzər Lənkəran” matçın sonuna qədər qapısını toxunulmaz saxlamaqla yanaşı, cinahlardan qurulan hücumlarla da “Dinamo”nu daim təzyiq altında qoyub. Avstriyalı referinin final fiti ilə matç qolsuz bərabərliklə başa çatıb.

Son xəbərlər
18.07.25  11:38

İsveçdə son oyun