Türkiyənin "Kayseri "Erciyesspor" klubunun prezidenti Ziya Ərən "Neftçi"dəki həmkarı Sadıq Sadıqova təşəkkür məktubu göndərib. Qol.Az-ın məlumatına görə, sənəddə Sadıqova futbolçu Amit Quluzadənin qardaş ölkə klubuna keçidində verdiyi dəstəklə əlaqədar Sadıqova minnətdarlıq edilib.
Məktubda deyilir: "Futbolçumuz Amit Quluzadənin komandamıza keçməsində göstərdiyiniz münasibət və tərəfdaşlığa görə təşəkkür edirik. Hər iki komanda üçün xeyirli olmasını arzulayırıq. Ümid edirik ki, Amit etimadı doğruldub, Azərbaycan milli komandasının əvəzedilməz futbolçusu olacaq. Bir daha təşəkkür edir, sizə Çempionlar Liqasında uğurlar arzulayırıq".
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur