İyunun 30-dan etibarən Azərbaycan futbol klubları üçün beynəlxalq miqyasda növbəti sınaq başlayacaq. Ölkəmizin 4 komandası - “Neftçi”, “Xəzər Lənkəran”, “Qarabağ” və AZAL qarşıdakı günlərdə avrokuboklarda mübarizə aparacaqlar. “Neftçi” UEFA Çempionlar Liqasında, “Xəzər Lənkəran”, “Qarabağ” və AZAL isə Avropa Liqasında Azərbaycanın şərəfini qoruyacaq.
Bu məsul yarışların startına sayılı günlər qaldığı bir vaxtda, bəzi kütləvi informasiya vasitələrində yazılanlar narahatlıq doğurmaya bilməz. Məsələ burasındadır ki, bir sıra mətbu orqanlarda, xüsusilə elektron KİV-də “Neftçi”nin uduzacağı, “Xəzər Lənkəran”ın mərhələ adlaya bilməyəcəyi və digər bu tipli məqalələr dərc olunmaqdadır. Təbii ki, bu cür yazılar yalnız təəssüf doğurur.
Vətənini, bayrağını, ölkəsini sevən hər bir azərbaycanlı futbolçularımıza dəstək olmalı, onları qarşıdakı çətin oyunlara ruhlandırmalıdır. Axı, Çempionlar Liqası və ya Avroliqa Azərbaycan Premyer Liqası deyil. Burada ölkənin idman şərəfindən, futbol nüfuzundan söhbət gedir. Əfsuslar olsun ki, Azərbaycan futbolunun uğurunu istəməyənlər qabaqcadan qara piara başlayıblar. Onlar öz bədbin, heç bir əsası olmayan məqalələri ilə futbolçularımızı ruhdan salmağa, onları psixiloji təzyiq altına saxlamağa çalışırlar. Yaxşı olardı ki, bəzi “jurnalist”lərimiz əsl peşə vəzifələrini yada salaraq, klublarımıza mənəvi dayaq, dəstək göstərəydilər. Yoxsa, falçılıq etmək, xüsusilə “Neftçi” və “Xəzər Lənkəran”ın avrokuboklarda uğursuzluq yaşayacağı barədə cəfəngiyyat yazmaq heç bir etik normaya sığmır. İndi Nostradamusluq yox, vətənpərvərlik eləmək lazımdır! Sabah hər hansısa uğursuzluq olanda, Avropada heç kim deməyəcək ki, “Neftçi”, “Xəzər Lənkəran”, “Qarabağ” və ya AZAL məğlub olub. Hamı Azərbaycan komandasının uduzacağını söyləyəcək.
Doğrudanmı, görəsən belə məqalələrin müəllifləri Türkiyə, Ukrayna mətbuatını izləmirlər? Qardaş Türkiyə KİV-ində avrokuboklarla bağlı heç belə bədniyyət yazı görmüsünüz? Hətta öz komandaları uduzanda da, türklər onlara dəstək göstərir, mənəvi dayaq olurlar. Bizdə isə hələ mövsüm başlamamış bəziləri ürəkbulandırıcı yazılarla klublara “xeyir-dua”sını verir.
Çempionlar Liqasının qrup mərhələsi bizə xəyal görünə bilər, ancaq unutmayın ki, hər 4 klubumuz Avroliqanın qrup mərhələsinə qədər irələməyə qadirdir. “Qarabağ”ın ardıcıl iki il qitə miqyaslı yarışlarda uğurlu çıxışından sonra futbol həvəskarlarımızda gələcəyə böyük inam yaranıb. Ancaq bəzilərinin indidən “oturduğu budağı mişarlaması” anlaşılmazdır. Avropada uğur qazanmaq istəyiriksə, yumruq kimi bir olmalıyıq, birləşməliyik. Əks təqdirdə, qitə miqyaslı yarışlarda yaxşı nəticə gözləmək sadəlövhlükdür.
ELŞAD
İspaniya Belçikaya qarşı
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir
"Kəpəz" onu da göndərdi
“Sumqayıt”a yeni baş məşqçi təyin edildi
Almanlar Kloppa nə qədər maaş təklif edib?
Mərakeş qalib olsa, yarımfinala itkilərlə gedə bilər
İsveçrədən Argentina matçına görə xüsusi məşq
"Arsenal"dan yeni transfer
Rafael Markes millinin baş məşqçisi oldu - Rəsmi
Norveç millisi narazı qaldı - Oteli dəyişdirdi
“Turan Tovuz”dan ayrılan futbolçu Rusiya klubunda
Kloppla neçə illik müqavilə imzalanacaq?
"Şəfa" niderlandlı oyunçu transfer etdi
Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı
Aydın Bayramov: "Heç nə həll olunmayıb" - Video
Misir millisində baş məşqçi ilə bağlı qərar