UEFA “Qızıl top”la bağlı dəyişiklik etdi

UEFA “Qızıl top”la bağlı dəyişiklik etdi
XƏBƏR 25 İyun 2011 / 14:50 2933
-  A +

Bu ildən etibarən Avropada yenidən qitənin ən yaxşı futbolçusu müəyyənləşəcək. Ancaq bu dəfə ali futbol qurumu əvvəlki tərəfdaşı olan “France Football” nəşrinin köməyinə ehtiyac duymayacaq.

Qol.Az-ın məlumatına görə, “France Football”la müqaviləsini pozan UEFA bundan sonra Avropa İdman Mətbuatı Assosiasiyası ilə əməkdaşlıq edəcək.

Bu isə o deməkdir ki, qitənin ən yaxşı oyunçusunu UEFA-ya daxil olan 53 ölkənin idman jurnalistlərinin səsverməsi əsasında Avropa İdman Mətbuatı Assosiasiyası müəyyənləşdirəcək.

Son xəbərlər
18.07.25  11:38

İsveçdə son oyun