Növbəti mövsümdən “Kəpəz” adı ilə premyer liqada mübarizə aparacaq Gəncə komandası bu gündən etibarən bir araya gəlib.
Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, Mehman Allahverdiyevin rəhbərliyi ilə komanda ilk məşqinə çıxıb. Elşən Poladov, Zaur Əsədov və Elnur Abbasovla heyətini gücləndirən gəncəlilər bir neçə legioneri də sınaqdan keçirmək qərarına gəliblər.
Baxışa dəvət olunanlardan üçü Qana, biri isə Nigeriyadandır. 1988-ci il təvəllüdlü dayaq yarım müdafiəçisi Odotet Godson, yarımmüdafiəçi 1989-cu il təvəllüdlü Appiah Nana Yav, mərkəz müdafiəçisi 1982-ci il təvəllüdlü Beblie Gardiner və nigeriyalı hücumçu, 1991-ci il təvəllüdlü Patrick Monday Ogbole “Kəpəz”in məşqçi korpusunun rəğbətini qazanmağa çalışacaq.
Yaxın vaxtlarda daha bir neçə oyunçunun da baxışa dəvət olunacağı gözlənilir.
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur