Argentina artıq Messini sevir

XƏBƏR 25 İyun 2011 / 12:40 2388
-  A +

“Görürəm ki, Argentina xalqı artıq məni sevir. Ancaq əvvəllər mənə birmənalı davranmırdılar. “Barselona”dakı münasibəti burda görmürdüm”.

Qol.Az-ın məlumatına görə, bu sözləri hazırda ölkəsində istirahət edən “Barselona”nın argentinalı ulduzu Lionel Messi deyib. 23 yaşlı yarımmüdafiəçinin fikrincə, İspaniyadakı fantastik çıxışı vətənində ona qarşı isti münasibətin formalaşmasına səbəb olub:

“Milli komandanın uğursuzluğuna görə, Argentinada bir çox adam məni günahlandırırdı. Ona görə də ölkəmdə mənə qarşı fərqli münasibət var idi. Ancaq “Barselona”dakı uğurlarımı görəndən sonra, burda insanların mənə hörmət və sevgisi artıb”.

Son xəbərlər
18.07.25  11:38

İsveçdə son oyun