“Son sözü Maqat deyəcək”

“Son sözü Maqat deyəcək”
XƏBƏR 25 İyun 2011 / 12:16 1905
-  A +

“Volfsburq”un düşərgəsini icazəsiz tərk etdiyi üçün komandadan kənarlaşdırılan Dieqo karyerasını Braziliyada davam etdirə bilər. Qol.Az-ın məlumatına görə, hazırda “canavarlar”ın heyətində məşq edən pleymeyker Braziliya klublarından təklif  alıb.

Ən ciddi təklif isə “Botafoqo”dan gəlib. Bununla bağlı açıqlama verən yarımmüdafiəçi “Volfsburq”da qalmaq istəyini dilə gətirsə də, vətəninə dönə biləcəyini də istisna etməyib:

“Düşünürəm ki, rəhbərlik məni komandadan uzaqlaşdırmaqda haqqlı idi. Çünki kluba qarşı hörmətsizlik etmişdim. Əslində “Volfsburq”da hər şey mənim ürəyimcədir. Burda qalmaq istərdim. Ancaq son sözü Feliks Maqat deyəcək. Ola bilsin, Braziliyaya qayıtdım. “Botafoqo”dan ciddi təklif almışam. Yenə də son anadək “Volfsburq”dan gələcək şad xəbəri gözləyəcəm”.

Son xəbərlər
18.07.25  11:38

İsveçdə son oyun