"Banqa" azlıqda qalan "Jalgiris"ə uduzdu

XƏBƏR 25 İyun 2011 / 00:43 2148
-  A +

Litva çempionatında 16-cı tura start verilib. Qol.Az-ın məlumatına görə, "Qarabağ"ın Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Banqa" "Jalgiris"i qəbul edib.

Oyun qonaqların qələbəsi ilə yekunlaşıb. Yeganə topu 60-cı dəqiqədə Astrauskas vurub. 67-ci dəqiqədə "Jalgiris"in futbolçusu Raymondas Vileniskis meydançadan qovulub. Bununla belə, "Banqa" qalan bölümdə hesabı bərabərləşdirə bilməyib.  

Öz meydançasında uduzduqdan sonra "Banqa" 16 oyundan 22 xalla 5-ci pillədə qalıb. "Jalgiris" isə 33 xalla 2-ci pilləyə yüksəlib. Turnir cədvəlinə 36 xalı olan "Ekranas" başçılıq edir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner