“Barselona” ənənəni pozdu

“Barselona” ənənəni pozdu
XƏBƏR 23 İyun 2011 / 11:30 2727
-  A +

Bu günə qədər formasında reklam loqosu olmayan “Barselona” ənənəni pozub. Qol.Az-ın məlumatına görə, Kataloniya təmsilçisi yeni sponsorluq anlaşması izləyib. Bundan sonra ispan klubunun formasının üzərin məşhur “Qatar Foundation” şirkətinin loqosu yer alacaq.

Xatırladaq ki, “Barsa” indiyə qədər formasında yalnız “UNİCEF”in loqosunu daşıyırdı. UEFA-nın qaydalarına əsasən, bir komandanın formasının üzərində iki şirkətin loqosu yer ala bilməz. Ancaq “UNİCEF” kommersiya xarakteri daşımadığından, ali futbol qurumu digər şirkətin loqosuna icazə verib.

“Qatar Foundation” yazısı “Barselona”nın yeni formasının sinəsində, “UNİCEF” isə çiyin hissəsində olacaq.


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner