Azərbaycan komandası Avropa çempionatının 1/4 finalında

Azərbaycan komandası Avropa çempionatının 1/4 finalında
XƏBƏR 23 İyun 2011 / 07:24 1924
-  A +

Türkiyənin İstanbul şəhərində tələbələr arasında təşkil olunan IX Avropa çempionatında Azərbaycan komandası növbəti oyununu keçirib. Qol.Az-ın məlumatına görə, təmsilçimiz Kipr komandası ilə qarşılaşıb.

Oyun həmyerlilərimizin qələbəsi ilə yekunlaşıb - 2:1. Komandamızın qollarını Mikayıl Rəhimov və Əli Bağırov vurub.
 
Beləliklə, tələbələrdən ibarət komandamız Avropa çempionatının 1/4 final mərhələsinə vəsiqə əldə edib. Bu mərhələdə təmsilçimizin rəqibi rusiyalı tələbələr olacaq. Azərbaycan – Rusiya oyunu iyunun 24-də, Bakı vaxtı ilə saat 17:00-da keçiriləcək.

Son xəbərlər