Avropa çempionatının finalçıları müəyyənləşdi

Avropa çempionatının finalçıları müəyyənləşdi
XƏBƏR 23 İyun 2011 / 07:10 1777
-  A +

Danimarkada 21 yaşadək futbolçular arasında təşkil olunan Avropa çempionatında finalçılar müəyyənləşib. Qol.Az-ın məlumatına görə, həlledici qarşılaşmada İspaniya və İsveçrə yığmaları üz-üzə gələcəklər. 

Yarımfinalda İspaniya əsas vaxtı 1:1 hesabı ilə nəticələnən görüşün əlavə vaxtında vurduğu daha 2 qolla Belarusa 3:1 qalib gəlib. İsveçrə isə Çexiyanı əlavə vaxtda vurduğu qolla yenib - 1:0. Belarusla Çexiya 3-cü yer uğrunda görüşə çıxacaqlar.  

Final matçı və 3-cü yer uğrunda oyun iyunun 25-də keçiriləcək.   

Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner