Sadıqovun komandasından darmadağın

Sadıqovun komandasından darmadağın
XƏBƏR 23 İyun 2011 / 06:20 2087
-  A +

Rusiya Premyer Liqasında 15-ci turun görüşləri keçirilib. Qol.Az-ın məlumatına görə, azərbaycanlı mütəxəssis Vaqif Sadıqovun məşqçi kimi çalışdığı "Anji" klubu autsayder "Krılya Sovetov"un qonağı olub.

Oyun Mahaçqala təmsilçisinin 3:0 hesablı qələbəsi ilə nəticələnib. Hesabı 7-ci dəqiqədə Kamil Ağalarov açıb. 18-ci dəqiqədə Mahaç Hacıyev fərqi artırıb. 63-cü dəqiqədə isə Benua Anqbva matçda son nəticəni qoyub.

Bu qələbə sayəsində "Anji" xallarını 26-ya çatdırıb. Hazırda Sadıqovun komandası Moskva "Dinamo"su ilə birgə 4-5-ci yerləri bölüşdürür.

Azərbaycanlı futbolçu Emin Mahmudov Moskva "Spartak"ının heyətində 90 dəqiqə oynasa da, komandasının paytaxt derbisində "Dinamo"ya 0:2 hesablı məğlubiyyətinə mane ola bilməyib. "Dinamo"çu digər həmyerlimiz Aleksandr Səmədov da 90 dəqiqə meydançada olub və hər iki qolun məhsuldar ötürməsini verib.

Turnir cədvəlinə ehtiyatda bir oyunu qalan MOİK 31 xalla başçılıq edir. "Zenit" 29 xalla 2-ci, "Rubin" 27 xalla 3-cü yeri tutur.  

Son xəbərlər