Vəli Qasımov: "Rəqib bizdən yaxşı oynadı

Vəli Qasımov: "Rəqib bizdən yaxşı oynadı
XƏBƏR 22 İyun 2011 / 05:38 1715
-  A +

Daşkənd şəhərində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan və Özbəkistan komandaları arasında keçirilmiş yoldaşlıq oyunu barədə yığmamızın baş məşqçisi Vəli Qasımov fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, Qasımov affa.az saytına açıqlamasında rəqibin daha yaxşı futbol oynadığını etiraf edib:

"Rəqib bizdən yaxşı oynadı. Özbəkistanda çempionatın birinci dövrəsi yeni başa çatıb. Buna görə də, futbolçuların fiziki hazırlığı daha yaxşı səviyyədədir. Fasilədən sonra birinci hissəyə nisbətən zəif oynadıq. Rəqib də bundan istifadə edib 2 qol vurdu".

Baş məşqçi ikinci qarşılaşmada daha yaxşı oyun nümayiş etdirməyə çalışacaqlarını əlavə edib.

Son xəbərlər
18.07.25  11:38

İsveçdə son oyun