Avropa Liqasının birinci təsnifat mərhələsində AZAL-ın rəqibi olan Belarusun «Minsk» klubunun futbolçularından biri milliyyətcə erməni olan Andrey Xaçaturyandır.
Qol.Az-ın məlumatına görə, 1987-ci il təvəllüdlü bu hücumçu 2004-2010-cu ildə «Minsk»də çıxış edib, sonra Rusiyanın «Jemçujina» komandasında oynayıb. Bu il isə icarə qaydasında yenidən köhnə komandasına qayıdıb.
Andrey Xaçaturyan Belarusun U-19 millisində üç oyun keçirib.
Qeyd edək ki, Andrey Xaçaturyanın komandası olan «Minsk» iyunun 30-da Bakıda AZAL-la Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda meydana çıxacaq. Belarus vətəndaşı olan erməni futbolçunun «Minsk»lə birgə Bakıya gələcəyi və AZAL-la matçda meydana çıxacağı gözlənilir.
Yeri gəlmişkən, "Minsk"in əsas qapıçısı olan Artur Lesko isə Ermənistan cempionatnda çıxış etmiş futbolçudur. 2009-2010-cu il mövsümündə "Pünik"in tərkibində oynayan Lesko Ermənistam çempionu olub. Həmin il o, ölkə kubokunu və superkuboku də qazanıb.
İspaniya Belçikaya qarşı
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir
"Kəpəz" onu da göndərdi
“Sumqayıt”a yeni baş məşqçi təyin edildi
Almanlar Kloppa nə qədər maaş təklif edib?
Mərakeş qalib olsa, yarımfinala itkilərlə gedə bilər
İsveçrədən Argentina matçına görə xüsusi məşq
"Arsenal"dan yeni transfer
Rafael Markes millinin baş məşqçisi oldu - Rəsmi
Norveç millisi narazı qaldı - Oteli dəyişdirdi
“Turan Tovuz”dan ayrılan futbolçu Rusiya klubunda
Kloppla neçə illik müqavilə imzalanacaq?