“Trabzonspor”da Barış şoku

“Trabzonspor”da Barış şoku
XƏBƏR 21 İyun 2011 / 11:35 2173
-  A +

“Trabzonspor” mövsümün sonunda “Qalatasaray”dan aldığı Barış Özbəkin xidmətlərindən yararlana bilməyəcək. Qol.Az-ın məlumatına görə, buna gənc futbolçunun dizindən ciddi zədə alması səbəb olub.

Maraqlıdır ki, Barış bu zədəni məşq zamanı almayıb. O, Almaniyadakı evinin təmiri zamanı yıxılıb. Dərhal tibbi müayinədən keçən yarımmüdafiəçinin diz bağlarının qopduğu məlum olub. Həkimlərin sözlərinə görə, Özbək ən azı 6 ay yaşıl meydanlardan kənarda qalacaq.

“Trabzonspor” rəhbərliyi Barışla imzaladıqları 3 illik müqaviləni dayandırmaq istəyir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner