"İnter" Materatsi ilə yollarını ayırdı

"İnter" Materatsi ilə yollarını ayırdı
XƏBƏR 21 İyun 2011 / 00:31 2149
-  A +

İtaliya yığmasının müdafiəçisi, 2006-cı ilin dünya çempionu Marko Materatsi "İnter"i tərk edərək, azad agent statusu alıb. Qol.Az-ın məlumatına görə, bu qərar qalmaqalları ilə məşhur futbolçunun klub prezidenti Massimo Moratti ilə görüşündən sonra verilib.

37 yaşlı Materatsinin ABŞ və ya İngiltərə klublarından birində karyerasını davam etdirəcəyi gözlənilir.

Xatırladaq ki, Marko Materatsi "İnter"də 2001-ci ildən çıxış edib. O, 184 matçda 18 qol vurub. Amma Materatsi daha çox 2006-cı il dünya çempionatında Zinəddin Zidanı ona kəllə atmağa vadar etməsi ilə yadda qalıb.

Son xəbərlər
19.07.25  18:25

"Real"da qalır