"Minsk"in baş məşqçisi: "Uzağa getmək istəməzdik"

"Minsk"in baş məşqçisi: "Uzağa getmək istəməzdik"
XƏBƏR 20 İyun 2011 / 23:46 2472
-  A +

Belarusun "Minsk" klubunun baş məşqçisi Vitali Tarakanov Avropa Liqasının I təsnifat mərhələsinin püşkünə münasibət bildirib. Qol.Az-ın məlumatına görə, 39 yaşlı mütəxəssis "Pressbol"a müsahibəsində Azərbaycan təmsilçisi AZAL-la ("Olimpik"lə) oyun üçün uzaq məsafəyə səfərin yorucu olacağını söyləyib. 

Tarakanov deyib: "Hələ püşk öncəsi potensial rəqiblərimizi ölçüb-biçirdik. Xüsusi üstünlük verdiyimiz rəqib yox idi. Sadəcə, uzağa getmək istəməzdik. Milli çempionatda oyun qrafikimiz kifayət qədər sərt, ehtiyat oyunçular skamyamız qısadır. Uzun məsafəyə uçuşlar həmişə yorucudur, çoxlu güc alır. Lakin bizə Azərbaycan klubu rəqib olubsa, nə etməli, bunu reallıq kimi dəyərləndiririk".

Baş məşqçi UEFA-nın "Olimpik" kimi tanıdığı komanda barədə hələlik azacıq məlumatlarının olduğunu və yenicə informasiya toplamağa başladıqlarını söyləyib. Onun fikrincə, "Minsk"in növbəti mərhələ şansları yarıbayarıdır: "Rəqib sarıdan bəxtimizin gətirib-gətirmədiyini iyulun 7-də biləcəyik. Təbii ki, tanımadığımız komanda ilə səfərdə görüşmək, necə deyərlər, döyüş kəşfiyyatı aparmaq əlverişli olardı. Amma püşk nəticəsində Avropa Liqasındakı debütümüzü evdə etməyimiz məlum olubsa, deməli, 2 vəzifəni yerinə yetirməyə - rəqiblə tanış olmağa və müsbət nəticəyə nail olmağa çalışacağıq".  

Son xəbərlər
19.07.25  18:25

"Real"da qalır