Bu gün İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimindən sonra Avroliqadakı digər təmsilçimiz "Xəzər Lənkəran"ın da rəqibinə aydınlıq gəlib. Qol.Az-ın məlumatına görə, "Qarabağ"və AZAL-a nisbətən "Xəzər Lənkəran"a daha çətin rəqibin düşdüyünü söyləmək olar.
İyulun 14-də mübarizəyə qoşulacaq "Xəzər Lənkəran" öz meydanında İsrailin "Makkabi" (Təl-Əviv) klubunu qəbul edəcək. Cavab görüşü isə bir həftə sonra İsrailin paytaxtı Təl-Əviv-də baş tutacaq. Gəlin rəqiblə yaxından tanış olaq.
Əsası 1906-cı ildə qoyulan "Makkabi" klubu ilk vaxtlar "Harishon Lezion" adlanırdı. Lakin 3 il sonra 1909-cu ildən etibarən komanda "Makkabi" (Təl-Əviv) adlanmağa başladı. Komandanın sahibi Miçel Qoldhar, baş məşqçisi isə Motti İvanirdi. "Makkabi"nin ev oyunlarını keçirdiyi "Blumfild" stadionu isə təxminən 14 min 700 tamaşaçı tutumuna malikdir.
Artıq 105 yaşını qeyd edən "Makkabi" İstrailin ən köklü klublarından sayılır. Tarixi ərzində 20 dəfə ölkə çempionluğunu (sonuncu dəfə 2002-2003), 22 dəfə isə ölkə kubokunu (sonuncu sdəfə 2004-2005) qazanan "Makkabi" 2 dəfə də Asiya Çempionlar Liqasının (1968-69, 1970-71) qalibi olub. Komandanın əsasını yerli futbolçular təşkil edir. "Makkabi" doğma meydanda əsasən sarı və ya ağ, səfərdə isə qara rəngli formalarla çıxış edir.
İspaniya Belçikaya qarşı
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir
"Kəpəz" onu da göndərdi
“Sumqayıt”a yeni baş məşqçi təyin edildi
Almanlar Kloppa nə qədər maaş təklif edib?
Mərakeş qalib olsa, yarımfinala itkilərlə gedə bilər
İsveçrədən Argentina matçına görə xüsusi məşq
"Arsenal"dan yeni transfer
Rafael Markes millinin baş məşqçisi oldu - Rəsmi
Norveç millisi narazı qaldı - Oteli dəyişdirdi
“Turan Tovuz”dan ayrılan futbolçu Rusiya klubunda
Kloppla neçə illik müqavilə imzalanacaq?