«Qarabağ» son anda ilk transferini gerçəkləşdirir

«Qarabağ» son anda ilk transferini gerçəkləşdirir
XƏBƏR 20 İyun 2011 / 13:41 2605
-  A +

«Qarabağ» klubu yay fasiləsində ilk transferini gerçəkləşdirməyə yaxındır.

Qol.Az-ın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi yaxın saatlarda «Bakı»nın yarımmüdafiəçisi Bəxtiyar Soltanovla müqavilə imzalayacaq.

Qeyd edək ki, «Qarabağ» son anda, UEFA-ya iştirak ərizəsini göndərəcəyi bu gün Bəxtiyarın transfer məsələsini həll edə bilib.

Buna qədər «Bakı» klubu «Qarabağ»a keçməsi müqabilində Bəxtiyardan təzminat tələb edirdi.

Qol.Az-ın məlumatına görə, bu gün səhər tərəflər razılığa gələ biliblər.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner