"Atletiko"nun futbolçusu rəsmən "Qalatasaray"da

"Atletiko"nun futbolçusu rəsmən "Qalatasaray"da
XƏBƏR 20 İyun 2011 / 12:54 2291
-  A +

"Qalatasaray" klubu "Atletiko"nun müdafiəçisi Uyfaluji ilə münasibətlərini rəsmiləşdirib. Qol.Az-ın məlumatına görə, dünən İstanbula gələn çexiyalı futbolçu "Qalatasaray"la rəsmən 1+2 illik müqavilə imzalayıb.

İstanbul təmsilçisinin Uyfalujiyə görə "Atletiko"ya 3 milyon avro təzminat ödəyəcəyi bildirilir. 33 yaşlı futbolçu "Qalatasaray"da ilinə 2 milyon avro qazanacaq.

"Atletiko"nun digər futbolçusu Xose Antonio Reyesin də yaxın günlərdə İstanbula gələcəyi gözlənilir. 27 yaşlı futbolçu üçün 3 milyon avro təzminat ödəyəcək olan "Qalatasaray" rəhbərliyi Reyeslə 4 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, "Qalatasaray"ın Dieqo Forlanın transferi ilə bağlı danışıqlar isə hələlik nəticəsiz qalıb.

 

 

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner