"Abşeron" "Azərkimya" ilə danışıq aparmır”

XƏBƏR 20 İyun 2011 / 11:50 1907
-  A +

"Abşeron" FK bu həftədən etibarən Azərbaycan premyer liqasının oyunların hazırlığına start verir. Qol.Az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytına açıqlamasında "Abşeron" FK-nın prezidenti Yaşar Rüstəmov məlumat verib.

Hazırda klubun işlərilə bağlı Türkiyədə səfərdə olan Yaşar Rüstəmov  komandanın gələcək fəaliyyətilə bağlı işgüzar səfərində bir sıra görüşlər keçirir. Bundan əlavə Yaşar Rüstəmov komandayla bağlı son zamanlar yayılan informasiyalara aydınlıq gətirərək bildirib ki, klub fəaliyyətini nəzərdə tutulan proqram üzrə həyata keçirib.

Sponsorların dəyişməsiylə bağlı mövzuya toxunan klub prezidenti qeyd edib ki, komanda əvvəlki tərəfdaşıyla əməkdaşlığını davam etdirir və yeni sponsorların cəlb edilməsiylə bağlı danışıqlar aparır.

O, həmin  sponsorların arasında son vaxtlar ölkə mətbuatında adı hallandırılan "Azərkimya" İB-nın olmadığını vurğulayıb.

Son xəbərlər
19.07.25  18:25

"Real"da qalır