"Qalatasaray" "Atletiko"nun müdafiəçisini İstanbula gətirdi

"Qalatasaray" "Atletiko"nun müdafiəçisini İstanbula gətirdi
XƏBƏR 19 İyun 2011 / 23:34 2212
-  A +

Türkiyənin "Qalatasaray" klubu ilkin anlaşma əldə etdiyi İspaniya "Atletiko"sunun çexiyalı müdafiəçisi Tomaş Uyfaluyşi ilə sabah müqavilə imzalanacaq. Qol.Az-ın məlumatına görə, 33 yaşlı futbolçu bu gün İstanbula gəlib.

Artıq onun özü və "Atletiko" ilə anlaşma əldə olunub. Rəsmi müqavilənin hansı müddətə imzalanacağı hələ məlum deyil. 

Madrid klubunun digər oyunçuları - Xose Antonio Reyes və Dieqo Forlanın məsələsinə isə hələ aydınlıq gəlməyib. Reyeslə böyük ölçüdə anlaşma əldə olunduğu və ispaniyalı ulduzun tezliklə İstanbula gələrək müqaviləyə qol qoyacağı gözlənilir. Uruqvaylı hücumçu Forlanla isə danışıqlar hələ də davam edir.  

Son xəbərlər
19.07.25  18:25

"Real"da qalır