"Barselona" sabah Sançeslə müqavilə bağlayacaq

"Barselona" sabah Sançeslə müqavilə bağlayacaq
XƏBƏR 19 İyun 2011 / 22:13 2212
-  A +

İspaniya çempionu və Çempionlar Liqasının qalibi "Barselona" iyunun 20-də İtaliyanın "Udineze" klubunun və Çili yığmasının hücumçusu Aleksis Sançeslə müqavilə bağlayacaq. Qol.Az-ın "Sport.es" nəşrinə istinadən yaydığı xəbərə görə, bununla əlaqədar məşqçilər heyəti futbolçunu Amerika Kubokuna hazırlaşan yığmanın düşərgəsindən buraxmağa razılaşıb.

22 yaşlı forvardın transferi 39 milyon avro təşkil edəcək. Sançes 2006-cı ildən "Udineze"də çıxış etsə də, fasilələrlə "Kolo-Kolo" (Çili) və "River Pleyt" (Argentina) klublarında icarədə olub. Ötən mövsüm onun üçün daha uğurlu alınıb. Sançes 27 matçda 12 qol vurub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner